Azyaşlı oğlanlara qarşı əxlaqsızlıq edən 85 yaşlı kişi saxlanıldı

Azyaşlı oğlanlara qarşı əxlaqsızlıq edən 85 yaşlı kişi saxlanıldı Hadisə

Türkiyədə azyaşlı oğlan uşaqlarına təcavüz etdiyi iddia olunan 85 yaşlı kişi saxlanılıb.

News24.az xəbər verir ki, hadisə Samsunun Canik rayonunda baş verib. İddiaya görə, yaşlı kişi məscidin həyətində olan 5 və 9 yaşlı iki oğlan uşağına əllə cinsi təcavüz edib.

Hadisədən sonra zərərçəkən uşaqların ifadələri Uşaq Şöbəsi İdarəsində alınıb.

Canik Rayon Polis İdarəsinin Cinayətlərin Araşdırılması və İstintaq Bürosunun əməkdaşları tərəfindən saxlanılaraq barəsində həbs tədbiri görülən şəxs məhkəmə qarşısına çıxarılıb.

Növbətçi məhkəmədə ifadə verən 85 yaşlı kişi barəsində ev dustaqlığı qərarı qəbul edilərək sərbəst buraxılıb.

Şübhəlinin daha əvvəl də eyni ittihamla həbs edildiyi məlum olub.