Azyaşlı su kanalına düşdü

Azyaşlı su kanalına düşdü Hadisə

Saatlı rayonu Qıraqlı kəndi ərazisində azyaşlı su kanalına düşüb.

News24.az xəbər verir ki, azyaşlı ərazidən keçən polis əməkdaşları tərəfindən xilas edilib.

Kanaldan çıxarılan uşağa ilkin tibbi yardım göstərilib və o, xidməti avtomobillə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Həkimlər tərəfindən zəruri tibbi yardım göstərilən azyaşlının hazırda vəziyyəti qənaətbəxşdir. (trend)