Baş prokuror Zaqatala sakininin müraciətini nəzarətə götürdü

Baş prokuror Zaqatala sakininin müraciətini nəzarətə götürdü Hadisə
Zaqatala rayon sakini Eyvaz Mahmudov iyunun 28-də Baş prokuror Kamran Əliyev tərəfindən Zaqatala rayon prokurorluğunda qəbul edilməklə qızı Rəna Ramazanovanın vəfat etməsi faktı ilə bağlı aparılan araşdırma üzrə müraciəti nəzarətə götürülüb.

Bu barədə News24.az-a Baş Prokurorluğun Mətbuat xidmətindənbildirilib.

Qeyd edilib ki, araşdırma zamanı müvafiq ekspertiza təyin olunub. Nəticəsindən asılı olaraq qanuni qərarın qəbul edilməsi təmin ediləcək.