Badamcıqlarını çıxartdıran xəstə - DÜNYASINI DƏYİŞDİ

Badamcıqlarını çıxartdıran xəstə - DÜNYASINI DƏYİŞDİ Hadisə

Sankt-Peterburqda xüsusi klinikalardan birində badamcıqlarını çıxarmaq üçün əməliyyat olunan xəstə ölüb. 

News24.az xəbər verir ki, bu barədə İstintaq Komitəsinin Baş İstintaq İdarəsi məlumat verib.

İstintaqın məlumatına görə, avqustun 22-də Dunay prospektində yerləşən klinikada 20 yaşlı xəstə əməliyyat olunub və ona növbəti müayinə üçün tarix verilib. Avqustun 28-də xəstə tibbi prosedurlar zamanı dünyasını dəyişib.

İstintaq Komitəsi “Təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi” maddəsi ilə istintaqa qədərki yoxlamaya başlayıb ki, onun çərçivəsində də hadisənin bütün halları və səbəbləri müəyyən ediləcək.

Prokurorluq da öz növbəsində tibbi xidmətlərin göstərilməsində federal qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamağa başlayıb.

Məryəm İlhamqızı