Bağçada uşağın qanından psixotrop maddə tapıldı - RƏSMİ AÇIQLAMA
Hadisə
Bakı şəhəri 98 nömrəli bağçaya gedən uşağın qanında psixotrop maddə aşkarlanıb. Bu barədə sosial şəbəkələrdə paylaşım edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) News24.az-a bildirilib ki, qeyd edilən məsələ ilə bağlı BŞTİ tərəfindən müvafiq araşdırma aparılır.
Qeyd edilib ki, araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.
Həmçinin məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildiyi vurğulanıb.
İddiaya görə, bağçaya gedən uşağın hərəkətlərində anlaşılmazlıq hiss edildikdən sonra ailəsi həkimə müraciət edib və analizlərin cavabına əsasən, onun qanında psixotrop dərman aşkarlanıb.