Bakı–Şamaxı yolunda avtomobil aşıb, üç nəfər xəsarət aldı

Bakı–Şamaxı yolunda avtomobil aşıb, üç nəfər xəsarət aldı Hadisə

Bakı–Şamaxı avtomobil yolunun Qobustandan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, ilkin məlumata əsasən, “Audi” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı sürücü və iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralıların Bakı şəhərindəki xəstəxanalardan birinə aparıldığı bildirilir./APA.az