Bakıda 8 yaşlı uşaq itkin düşdü – FOTO
Hadisə
Bakıda 8 yaşlı uşaq itkin düşüb.
News24.az xəbər verir ki, yaxınlarının dediyinə görə, uşaq saat 19 radələrində marketə getmək adı ilə evdən çıxıb və geri qayıtmayıb.
Yaxınlarının sözlərinə görə, onlar Binə qəsəbəsində, Kardeşler Mebel evinin arxasında yaşayırlar. Yusif adlı uşaq 1-ci sinif şagirdidir.
Hadisə barədə Xəzər Rayon Polis İdarəsinin 3-cü polis şöbəsinə məlumat verilib. (Kontekst.az)