Bakıda ağır qəza: Qadını vurdu, sonra “Prius”a çırpıldı

Bakıda ağır qəza: Qadını vurdu, sonra “Prius”a çırpıldı Hadisə

Bakıda avtomobil piyadanı vurub.

News24.az xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Namik Natiq oğlu Şahverənov idarə etdiyi “Mersedes-Benz” markalı avtomobillə Ramıla İldırım qızı Seydicanovanı vurub. Daha sonra “Toyota Prius” markalı avtomobilə çırpılıb.

Nəticədə R. Seydicanova aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanıb.//lent.az