Bakıda ağır qəza : Yük maşını aşdı, - 4 avtomobil toqquşdu - VİDEO

Bakıda ağır qəza : Yük maşını aşdı, - 4 avtomobil toqquşdu - VİDEO Hadisə
Bakıda daha bir yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, qəza Xətai rayonu Məhəmməd Hadi küçəsində  "Bakı Metropoiteni" QSC-nin Həzi Aslanov metrosu yaxınlığında yaşanıb.

Qəza zamanı 4 minik və bir yük avtomobili toqquşub.

Hadisə nəticəsində yük maşını aşıb. Qəza səbəbindən Məhəmməd Hadi küçəsində tıxac yaranıb. Yaralananların olduğu bildirilir.