Bakıda minik avtomobili marşrut avtobusu ilə toqquşub, - XƏSARƏT ALAN VAR

Bakıda minik avtomobili marşrut avtobusu ilə toqquşub, - XƏSARƏT ALAN VAR Hadisə
Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

hadisə Buzovna qəsəbəsində, Albalılıq yolu adlanan ərazidə qeydə alınıb. "Mercedes" markalı avtomobil marşrut avtobusu ilə toqquşub.
Qəza nəticəsində minik avtomobilində olan, 1985-ci il təvəllüdlü Famil Məmmədov və onun iki azyaşlı övladı xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.  
Faktla bağlı araşdırma aparılır. /APA/