Bakıda mənzildən - KİŞİ MEYİTİ TAPILDI

Bakıda mənzildən - KİŞİ MEYİTİ TAPILDI Hadisə
Bakıda mənzildən kişi meyiti tapılıb. 

News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1948-ci il təvəllüdlü Mamedov İsmət Mamed oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.