Bakı-Ələt-Astara magistralında açıq ərazidə yanğın oldu – VİDEO

Bakı-Ələt-Astara magistralında açıq ərazidə yanğın oldu – VİDEO Hadisə

Bakı-Ələt-Astara magistral yolunun 103-cü kilometrliyində açıq ərazidə baş vermiş yanğın söndürülüb.

News24.az-ın FHN-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə magistral yolun 103-cü kilometrliyində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Havanın küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də, yanğının ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülməsi təmin olunub.