Bakı-Qazax yolunda ağır qəza baş verdi - ölən var

Bakı-Qazax yolunda ağır qəza baş verdi - ölən var Hadisə
Hacıqabul rayonunda ağır yol qəzası baş verib.
 
News24.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Padar kəndindən keçən hissəsində qeydə alınıb.
 
“KamAZ” markalı iki yük maşınlarının toqquşması nəticəsində sürücülərdən biri hadisə yerində ölüb.
 
Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
 
Fakt araşdırılır.