Bakı-Qazax yolunda ağır QƏZA - FOTOLAR
Hadisə
Bakı-Qazax avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, magistral yolun Hacıqabul rayonu ərazisindən keçən hissəsində “Audi” markalı avtomobillə “Mercedes Sprinter” markalı mikroavtobus toqquşub.
Nəticədə mikroavtobus aşıb və içərisindəki şəxslərdən bir neçəsi xəsarət alıb. pizza sifarişi
Sözügedən mikroavtobus vasitəsilə rayonlardan paytaxt istiqamətində sərnişin daşımasının həyata keçirildiyi bildirilir. /Plat.az/