Bakı-Qazax yolunda qəza: Bir nəfər ağır yaralandı
Hadisə
Bakı-Qazax magistralında avtomobil piyadanı vuraraq ağır xəsarətlər yetirib.
News24.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının 111-ci kilometrliyində Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Minik avtomobili Hacıqabul sakini, 1974-cü il təvəllüdlü Cəfərov Asəf Yusif oğlunu vuraraq ağır yaralayıb.
Müxtəlif politravmalar alan piyada travmatik şok vəziyyətində Şirvan Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.