Bakı-Quba yolunda ağır qəza oldu, ölən var
Hadisə
Bakı-Quba magistral yolunun Sumqayıt şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
News24.az məlumat verir ki, "KIA" markalı minik avtomobili yolu keçən piyadanı vurub.
Nəticədə piyada aldığı ağır xəsarətlər səbəbi ilə hadisə yerindəcə keçinib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.(Report)