Bakı sakini Qazaxda dəm qazından boğulub öldü

Bakı sakini Qazaxda dəm qazından boğulub öldü Hadisə

Qazaxda zəhərlənmə hadisəsi baş verib.

News24.az Azərtac-a istinadən xəbər verir ki, hadisə rayonun Kəmərli kəndində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü V.Məmmədov Kəmərli kəndində evdə dəm qazından boğularaq ölüb. 49 yaşlı kişinin meyiti müayinə olunmaq üçün “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” publik hüquqi şəxsin rayon şöbəsinə təhvil verilib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.