Bakı-Şamaxı yolunda avtomobillər toqquşdu - FOTO
Hadisə
Bu gün Şamaxı-Bakı yolunun Qobustan rayonundan keçən hissəsində yol qəzası baş verib.
News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, paytaxt istiqamətində hərəkət edən "Kia Sorento" və "Chevrolet Cruze" markalı avtomobillər toqquşub. Nəticədə nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Hadisə yerində yol polisi əməkdaşları gəlib, araşdırma aparılır.