Bakıda 17 yaşlı gənc qarnından bıçaqlandı

Bakıda 17 yaşlı gənc qarnından bıçaqlandı Hadisə
Bakıda bıçaqlanma hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini 2003-cü il təvəllüdlü Fərzəliyev Rəşad Rövşən oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.