Bakıda 18 yaşlı gənc qətlə yetirildi
Hadisə
Bakıda qətl hadisəsi baş verib.
News24.az-ın əldə etdiyi məlumata görə, hadisə oktyabrın 4-ü axşam saatlarında paytaxtın Xətai rayonu ərazisində baş verib.
Məlumata görə, 18 yaşlı T. Sadıqov (Ad-soyad şərtidir) tanışı tərəfindən qətlə yetirilib.
Əldə etdiyimiz məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Q.Mahmudov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.