Bakıda 2 avtomobil toqquşdu, - XƏSARƏT ALAN VAR

Bakıda 2 avtomobil toqquşdu, - XƏSARƏT ALAN VAR Hadisə
Bakıda xəsarətlə nəticələnən yol qəzası olub.

Hadisə Binəqədi rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1994-cu il təvəllüdlü Mənsimov İsmayıl Gündüz oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol bud çanaq oynağının əziyi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır. /Report/