Bakıda 2 qadını maşın vurdu

Bakıda 2 qadını maşın vurdu Hadisə

Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib. 

News24.az xəbər verir ki, hadisə Qaraçuxur qəsəbəsi Əhməd Mehbalıyev küçəsi 125 ünvanında qeydə alınıb. 

Belə ki, piyada zolağında bu gün 2 xanımı maşın vurub. Yaralılar xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, sakinlər bu ərazidə dəfələrlə piyada vurulması ilə nəticələnən hadisələr baş verir. Piyada zolaqları yenilənmədiyi üçün maşınlar zolağı görmür və nəticədə qəza baş verir.