Bakıda 21 yaşlı qadın doğuş zamanı öldü
Hadisə
Bakıda 21 yaşlı qadın doğuş zamanı ölüb.
News24.az xəbər verir kİ, hadisə Yasamal rayonunda baş verib.
Məlumata görə, rayonun A.M.Şərifzadə küçəsində yerləşən xəstəxanada Qazax rayon sakini 2004-cü il təvəllüdlü Lalə Süleyman qızı Süleymanova doğuş zamanı ölüb.
Faktla bağlı araşdırma aparılır. (Unikal)