Bakıda 3 otaqlı ev yandı

Bakıda 3 otaqlı ev yandı Hadisə
Bakı şəhərinin Xəzər rayonunda yanğın baş verib.

News24.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.