Bakıda 3 otaqlı evdə - YANĞIN

Bakıda 3 otaqlı evdə - YANĞIN Hadisə
Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli üçotaqlı evin mətbəxinin yanar konstruksiyaları 20 m² sahədə və içərisindəki məişət avadanlıqları yanıb.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat  xidmətindən məlumat verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.