Bakıda 41 yaşlı qadın intihar edib

Bakıda 41 yaşlı qadın intihar edib Hadisə

Bakıda 41 yaşlı qadın intihar edib.

News24.az "Report"a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.

Belə ki, oktyabrın 16-da 3-cü Əhmədli küçəsi, ev 30 ünvanında yaşayan, 1982-ci il təvəllüdlü Gülnarə Məmmədova yaşadığı fərdi yaşayış evinin eyvanınıda mələfə vasitəsilə özünü asıb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.