Bakıda 52 yaşlı kişi bıçaqlandı

Bakıda 52 yaşlı kişi bıçaqlandı Hadisə

Bakıda kişi bıçaqlanıb.

News24.az xəbər verir ki, hadisə oktyabrın 2-si, saat 12 radələrində qeydə alınıb.

Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində yerləşən adsız kafenin qarşısında 1970-ci il təvəllüdlü Cəfərov Ağa Aydın oğlu 1973-cü il təvəllüdlü Həsənov Nüsrət Bağman oğlunu bıçaqlayıb.

Hadisəni törətməkdə şübhəli bilinən A.Cəfərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.