Bakıda 54 yaşlı kişinin meyiti yaşadığı evdə tapıldı
Hadisə
Bakının Xəzər rayonunda ölüm hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə noyabrın 16-da saat 12 radələrində Buzovna qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 54 yaşlı Nizami Hacı-Ağa yaşadığı evin həyətində asılmış vəziyyətdə aşkar edilib.
İlkin məlumata görə, hadisə intihardır.
Faktla bağlı araşdırma aparılır./lent.az