Bakıda 60 yaşlı kişi avtobusda öldü

Bakıda 60 yaşlı kişi avtobusda öldü Hadisə

Bakıda 60 yaşlı kişi avtobusda ölüb.

News24.az-ın məlumatına görə, hadisə səhər saat 08:00 radələrində Yeni Günəşli qəsəbəsində qeydə alınıb. 

"64" nömrəli marşrut avtobusunda hərəkət edən 1963-cü il təvəllüdlü Mehrəliyev Mehman Dursun oğlunun halı qəflətən pisləşib. 

Sərnişinlərin köməyilə xəstəxanaya çatdırılan M. Mehrəliyevin həyatını xilas etmək mümkün olmayıb.

Fərid Azəri