Bakıda 60 yaşlı kişi hoteldə öldü
Hadisə
Bakıda hoteldə ölüm hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə avqustun 29-u saat 18 radələrində Nizami rayonu Məhsəti Gəncəvi küçəsi 25-də yerləşən “My Life” hoteldə qeydə alınıb.
Orada qonaq olan Bakı şəhər sakini 1966-cı il təvəllüdlü A.İsgəndərov qəfil ölüb.
60 yaşlı kişinin infarktdan həyatını itirdiyi bildirilib.
Faktla bağlı araşdırmalar aparılır. /Qafqazinfo/