Bakıda 79 yaşlı kişi yıxılaraq öldü
Hadisə
Bakının Nərimanov rayonunda evində yıxlan 79 yaşlı kişi xəstəxanada ölüb.
News24.az xəbər verir ki, iyunun 28-də 1947-ci il təvəllüdlü Əmralı Şirəliyev yaşadığı evdə ehtiyatsızlıqdan yıxılaraq xəsarət alıb.
Xəstəxanaya yerləşdirilən Ə.Şirəliyev ötən gün orada ölüb.
Faktla bağlı araşdırma aparılır.