Bakıda ağır qəza - Xəsarət alan var - VİDEO - YENİLƏNDİ

Bakıda ağır qəza - Xəsarət alan var - VİDEO - YENİLƏNDİ Hadisə

Sentyabrın 30-u saat 10:55 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı-Mehdiabad yolu ərazisindən çağırış qeydə alınıb.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib:

"Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) döş qəfəsinin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Şəxsə ilkin zəruri tibbi xidmətlər göstərilib və müayinələr aparılıb.

Bud nahiyəsinin əzilməsi diaqnozu təyin edilən şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb".


11:37

Binəqədi-Novxanı şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az-ın məlumatına görə, qəza BYD markalı avtomobillə KAMAZ yük maşınının toqquşması nəticəsində baş verib.

Qəza zamanı bir nəfərin ağır yaralandığı bildirilir. Ölən yoxdur.