Bakıda ana 3 övladı ilə birgə - YOXA ÇIXDI
Hadisə
Bakıda ana və 3 övladı itkin düşüb.
Lent.az-ın məlumatına görə, Binəqədi rayonu Binəqədi qəsəbəsində yaşayan 34 yaşlı Quliyeva Mənzər Hümbət qızı övladları - 11 yaşlı Tuqay, 8 yaşlı Rəcəb və 7 yaşlı Sadiqlə birgə yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmayıb.
Bu barədə qadının atası polisə müraciətində bildirib.