Bakıda ana qızını narahat edən oğlanı həbs etdirdi
Hadisə
Bakı sakini olan qadın küçədə qızına qarşı xuliqanlıq edən şəxslə bağlı polisə müraciət edib.
News24.az-ın əldə etdiyi məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə müraciət edən qadın bildirib ki, Cahangir adlı şəxs küçədə 15 yaşlı qızının qarşısını kəsir, onu təhqir edərək narahat edir.
Keçirilən tədbirlər nəticəsində 2004-cü il təvəllüdlü Davud Əliyev saxlanılıb. Araşdırma zamanı məlum olub ki, o, əvvəllər şikayətçi qadının qızı ilə münasibətdə olub, lakin qız daha sonra onun zənglərinə cavab verməyib.
Bu səbəbdən Davud Əliyev küçədə dəfələrlə yeniyetmə qızın yolunu kəsərək ona qarşı xuliqanlıq hərəkətləri edib.
Fakt üzrə toplanmış materiallar əsasında protokol tərtib edilib və Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 21 yaşlı şəxsin 5 sutka müddətinə həbsinə qərar verilib.
Yaşar Araz