Bakıda ağır avtobus qəzasının görüntüləri - VİDEO - Yeniləndi
Hadisə
Bakıda yol-nəqliyyat hadisəsi baş verib. 113 nömrəli sərnişin avtobusu qəzaya uğrayıb.
News24.az xəbər verir ki, hadisə Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsində qeydə alınıb.
Məsələ ilə bağlı TƏBİB-dən News24.az-a bildirilib ki, 01.07.2026-cı il tarixində saat 10:30 radələrində 11 nəfər (5 qadın, 6 kişi olmaqla) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Bakıda baş verən avtobus qəzasının görüntüləri yayılıb.
Həmin kadrları təqdim edirik: