Bakıda avtobus yandı – VİDEO
Hadisə
Bakı şəhərinin Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində avtobusda yanğın baş verib.
News24.az xəbər verir ki, hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğın qısa müddətdə söndürülərək ətrafa yayılmasının qarşısı alınıb.Nəticədə avtobusun yanar konstruksiyaları yanıb. Hadisə zamanı xəsarət alan olmayıb, yaxınlıqdakı avtomobillər isə yanğından mühafizə edilib.