Bakıda avtomobil piyadanı vuraraq öldürdü
Hadisə
Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
News24.az-ın xəbərinə görə, Musayev Zakir Məmmədəğa oğlu Sabunçu rayonu, Maştağa şosesində Maştağa qəsəbəsi istiqamətində idarə etdiyi "Toyota-Prius" markalı avtomobillə hərəkətdə olarkan piyada 1975-ci il təvəllüdlü Əskərov Elşən Paşa oğlunu vurub. Xəstəxanaya yerləşdirilən piyada həkimlərin səyinə baxmayaraq ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.(Report)