Bakıda baş vermiş faciənin təfərrüatları: "Anidən partlayış səsi gəldi"

Bakıda baş vermiş faciənin təfərrüatları: "Anidən partlayış səsi gəldi" Hadisə

“Hotelin kənarında texniki iş aparırdılar, anidən partlayış səsi eşitdim”.

Bu sözləri Bakıda 4 ofisiantın faciəvi şəkildə həlak olması ilə bağlı News24.az-a açıqlamasında hotelin əməkdaşı Əliağa Həsənov deyib.

Onun sözlərinə görə, hadisə ofisiantlar dəmir konstruksiyanı hotelin həyətinə apararkən baş verib. Konstruksiya ərazidən keçən elektrik naqillərinə toxunub:

“Hotelin həyətində idim, birdən çöldən partlayış səsi gəldi. Yaxınlaşanda gördüm ki, 4 işçini cərəyan vurub. Hamısı yerə yıxılmışdı, yaxınlaşmaq mümkün deyildi. Dərhal 103-ə və FHN-yə məlumat verdim. Əməkdaşlar əraziyə gəldi”.

Bakıda baş vermiş faciənin təfərrüatları: "Anidən partlayış səsi gəldi" Bakıda baş vermiş faciənin təfərrüatları: "Anidən partlayış səsi gəldi"