Çoxmərtəbəli yaşayış binasında - YANĞIN

Çoxmərtəbəli yaşayış binasında - YANĞIN Hadisə

Bakı şəhəri, Nərimanov rayonunda yaşayış binalarının birində yanğın başlayıb.

News24.az xəbər verir ki, bu barədə Oxu.Az-a sakinlər məlumat veriblər.

Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir:

"Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində yerləşən beşmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunublar.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək".