Bakıda Beynəlxalq Elmi Konfrans keçirilir
Hadisə
Səhiyyə Nazirliyi və Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşkilatçılığı ilə Bakıda "Kardiologiyada Yeni Çağırışlar" mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilir.
News24.az xəbər verir ki, "Heydər Əliyev ili"nə həsr olunmuş tədbirdə Türkiyənin tibb sahəsinin rəhbər şəxsləri, o cümlədən millət vəkilləri, Azərbaycanda bu sahənin tanınmış mütəxəssisləri, eləcə də dövlət və özəl tibb müəssisələrinin rəhbər şəxsləri iştirak edir.
Konfransda kardiologiya sahəsinin aktual problemləri, bu sahədə qarşıda duran yeni çağırışlar, təcrübə mübadiləsi, o cümlədən digər məsələlər ətrafında məruzələr dinləniləcək, habelə geniş fikir mübadiləsi aparılacaq.
Fərid Azəri