Bakıda binanın balkonu uçdu - VİDEO

Bakıda binanın balkonu uçdu - VİDEO Hadisə

Bakının Xətai rayon Əhmədli qəsəbəsində yaşayış binasının balkonu uçub.

News24.az Ölkə.Az-a istinadla xəbər verir ki, hadisə Lütfizadə küçəsi 3-də (köhnə Telnov) baş verib.

Köhnə tikili binanın 8-ci mərtəbədəki mənzilin balkonu uçaraq dağılıb. 

Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edilib ki, mənzil sahibi balkonun qəzalı olması ilə bağlı daha əvvəl JEK- ə (mənzil kommunal istismar sahəsi) məlumat versə də, heç bir tədbir görülməyib.