Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - FOTO
Hadisə
Bakının Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
News24.az xəbər verir ki, hadisə barədə nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olduqdan dərhal sonra əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində onmərtəbəli yaşayış binasında baş verən yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində binanın 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 143 kvadratmetr olan üçotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 20 kvadratmetr sahədə, şaxtada isə 15 paqonmetr elektrik kabeli yanıb.
Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.