Bakıda dəhşətli hadisə: Yeniyetmə 16-cı mərtəbədən yıxılaraq öldü

Bakıda dəhşətli hadisə: Yeniyetmə 16-cı mərtəbədən yıxılaraq öldü Hadisə

Bakıda yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə noyabrın 16-da gecə saatlarında Nəsimi rayonu, Abay döngəsi küçəsində qeydə alınıb.

Belə ki, 2011-ci il təvəllüdlü Nihal Qocayeva yaşadığı hündürmərtəbəli binanın 16-cı mərtəbəsinin eyvanından yıxılıb.

O, hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.