Bakıda dəhşətli hadisə - İstifadəsiz maşının içindən meyit tapıldı
Hadisə
Bakıda avtomobildən meyit tapılıb.
News24.az-ın əldə etdiyi məlumata görə, hadisə dekabrın 22-də saat 15:00 radələrində Bakı şəhərinin Nizami rayonu ərazisində qeydə alınıb.
Paytaxt sakini 1969-cu il təvəllüdlü Rasim Məmmədoviç Əliyevin üzərində zorakılıq əlamətləri müşahidə olunmayan meyiti A. Mirzəyev küçəsində istifadəyə yararsız vəziyyətdə olan avtomobilin içərisində aşkarlanıb.
Faktla bağlı Nizami rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Yaşar Araz