Dəniz limanında işçini avtokar vuraraq öldürüb

Dəniz limanında işçini avtokar vuraraq öldürüb Hadisə

Suraxanı rayonunda ehtiyatsızlıq bir nəfərin ölümünə səbəb olub.

News24.az APA-ya istinadla xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Belə ki, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanında işləyən 1994-cü il təvəllüdlü Tağıyev Zaur Məhərrəm oğlunu ehtiyatsızlıqdan avtokar vurub. Gənc oğlan aldığı xəsarətlərdən travmatik şok keçirib.

O, xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Faktı Suraxanı Rayon Prokurorluğunun əməkdaşları araşdırır.


Dəniz limanında işçini avtokar vuraraq öldürüb