Bakıda dördyaşlı qız faciəli şəkildə öldü
Hadisə
Bakıda dördyaşlı qız faciəli şəkildə ölüb.
News24.az xəbər verir ki, hadisə iyunun 27-si saat 11 radələrində paytaxtın Xətai rayonu, C.Həsənov küçəsindəki evlərin birində baş verib. Həmin ünvanda yaşayan 2022-ci il təvəllüdlü M.Hümbətova 15 mərtəbəli binanın 5-ci mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb. Azyaşlı hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalar aparılır./Oxu.az/