Bakıda əməliyyat: 24 nəfər saxlanıldı
Hadisə
Sabunçu rayonunda dekabr ayı ərzində na*rkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 24 nəfər saxlanılıb.
News24.az xəbər verir ki, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dekabr ayında həyata keçirilən əməliyyatlar zamanı na*rkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 24 nəfər saxlanılıb. Onlardan ümumilikdə 13 kiloqram müxtəlif adda na*rkotik vasitə və psixotrop maddə aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslər na*rkotikləri maddi qazanc əldə etmək məqsədilə ayrı-ayrı ünvanlara yerləşdirərək paytaxt ərazisində satışını təşkil etməyi planlaşdırıblar.
Faktlarla bağlı toplanan materiallar istintaqa təqdim edilib, araşdırmalar aparılır.
Polis əməkdaşları tərəfindən paytaxt və bölgələrdə n*arkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz davam etdirilir.