Bakıda evdən 71 yaşlı kişi meyiti - TAPILDI

Bakıda evdən 71 yaşlı kişi meyiti - TAPILDI Hadisə
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1948-ci il təvəllüdlü Əsgərov Tofiq Surxay oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.