Bakıda FACİƏ: abort edilən qadın qanaxmadan öldü - YENİLƏNDİ
Hadisə
Bakıda 24 yaşlı hamilə qadın dünyasını dəyişib.
News24.az xəbər verir ki, hadisə Sabunçu Tibb Mərkəzində baş verib.
Belə ki, Tovuz rayon sakini Lalə Quliyevanın 5 aylıq hamiləliyi zamanı bətnindəki dölün qüsurlu olduğu müəyyən edilib.
Bundan sonra qadın abort etdirmək qərarına gəlib.
Məlumata görə, abortdan sonra qadında güclü qanaxma baş verib və o, həyatını itirib.
Qeyd olunub ki, bu, Lalə Quliyevanın ikinci hamiləliyi olub. (bakupost)
20.08.2026-cı il saat 22:30 radələrində 2003-cü il təvəllüdlü şəxs (qadın) Sabunçu Tibb Mərkəzinə ölü vəziyyətdə daxil olub.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Meyit təşrih üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
