Bakıda FACİƏ: fəhlə betonun altında - CAN VERDİ
Hadisə
Bakıda fəhlə faciəvi şəkildə ölüb.
News24.az lent.az-a istinadla xəbər verir ki, bədbəxt hadisə Qaradağ rayonu E.Quliyev küçəsində yerləşən yarımtikilidə baş verib.
Burada fəhlə işləyən 35 yaşlı Bəhruz Əbülfət oğlu Babayevin üzərinə beton düşüb. Nəticədə fəhlə betonun altında qalaraq, can verib.
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda araşdırma aparılır.